Prezident İlham Əliyev «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin Müşahidə Şurasının yeni tərkibini təsdiqləyib.
FED.az xəbər verir ki, Müşahidə Şurasına yenə də prezidentin köməkçisi Natiq Əmirov başçılıq edir. Bununla yanaşı, Müşahidə şurasının üzvlərinin sırası genişlənib və 2 yeni üzv əlavə edilib. Bunlar kənd təsərrufatı naziri İnam Kərimov və Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Xalid Əhədovdur.
Bundan başqa, əvvəllər Müşahidə Şurasının üzvlərinin yalnız vəzifəsi göstərildiyi halda, indi şuranın üzvü olan şəxslər dəqiq göstərilib.
Sərəncamdan sonra «Azərbaycan Sənaye Korporasiyası»nın Müşahidə Şurasının tərkibi belədir:
Müşahidə Şurasının sədri
Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri
şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.
Şuranın əvvəlki tərkibi belə olub:
Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Azərbaycan Respublikasının Maliyyə naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.