Azərbaycanda fəaliyyət göstərən qiymətləndiricilərin peşəkar təşkilatı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi ilə bağlı qarşıdurma yaranıb.
FED.az xatırladır ki, iyulun 19-da təşkilatın növbədənkənar konfransı keçirilib. Konfransdan əvvəl, tədbirin keçiriləcəyi ilə bağlı yayılvn məlumatda bildirilirdi ki, konfransda Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti onun müsbət və mənfi cəhətləri, təşkilatın işindəki nöqsanlar müzakirə ediləcək.
Azərbaycanda fəaliyyət göstərən qiymətləndiricilərin peşəkar təşkilatı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi ilə bağlı qarşıdurma yaranıb.
FED.az xatırladır ki, iyulun 19-da təşkilatın növbədənkənar konfransı keçirilib. Konfransdan əvvəl, tədbirin keçiriləcəyi ilə bağlı yayılvn məlumatda bildirilirdi ki, konfransda Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti onun müsbət və mənfi cəhətləri, təşkilatın işindəki nöqsanlar müzakirə ediləcək.
Konfransın nəticələri ilə bağlı «AQC KONFRANS2024 ([email protected]) emaili ilə yayılan məlumata görə, tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) fəaliyyəti müzakirə edilib, qeyd edildiyi kimi, müsbət və mənfi cəhətlər açıqlanıb, eləcə də təşkilata yeni rəhbər seçilib. Qeyd edək ki, indiyədək AQC-ya «Vecon Consultinq» şirkətinin rəhbəri Vüqar Oruc rəhbərlik edib. Yayılan məlumatda isə sədrin dəyişdiyi, yeni sədr seçildiyi bildirilir:
«Təşkilat üzvlərinin əksər çoxluğunun iştirakı baş tutan növbədənkənar konfransda Cəmiyyətin İdarə Heyətinin üzvlərinin və digər təşkilatlar üzvləri fikirlərini bildirərək, son iki ildə təşkilatın fəaliyyəti, müsbət və mənfi nəticələr, mövcud problemləri müzakirə edib, nöqsanları səsləndiriblər. Lakin Cəmiyyətin bu günə qədər sədri olan Vüqar Oruc konfransda iştirakdan imtina etdiyi üçün səsləndirilən nöqsanlara, iradlara cavab almaq mümkün olmayıb. Konfarns öz işini müvafiq qaydada həyata keçirməklə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin seçkili orqanlarına yenidən seçkilərin keçirilməsi barədə müsbət qərar verdikdən sonra seçki prosesi baş tutub. Seçkinin nəticələrinin yekunu olaraq Ramil Osmanlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni sədri seçilib»-deyə bildirilir.
Eyni zamanda bildirilib ki, AQC-nin yeni tərkibdə Ramil Osmanlı, Nüsrət İbrahimov, Rəşad Əliyev, Elnur Əsədov, Zamin Hüseynov, Nahid Həsənov, Ayan Qəmbərova, Pərviz Qulami, Xaliq Qurbanov, Səidə Şabanova, Şükür Hüseynov, Elçin Mahmudov və Fərid Hüseynov olmaqla, 13 nəfərdən ibarət İdarə Heyəti, Elnur Azadov, Günay İsmayılqızı, Vəfa Quliyeva, Emin Mədətov və Vasif Məmmədli olmaqla, 5 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.
Bununla belə sonradan məlum olub ki, cəmiyyətin yeni rəhbərliyi ilə keçmiş sədr arasında fikir ayrılıqları var. Tərəflər bir-birinin mövqelərini qəbul etmir. Belə ki, konfransın işində AQC-nin sədri Vüqar Oruc iştirak etməyib və o tədrini qərarlarının düzgün olmadığını bildirib.
Yeni sədr elan olunan R.Osmanlı FED.az-a açıqlamasında bildirib ki, konfrans AQC-nin idarə heyəti tərəfindən təşkilatın nizamnaməsinin 6.2-ci bəndini rəhbər tutaraq qəbul etdiyi qərar əsasında və 9 idarə heyətindən 7-nin lehinə səs verdiyi qərarla çağrılıb.
R.Osmanlı bildirib ki, Vüqar Oruc yenə sədr olmaq istəyirdisə, öz namizədliyini irəli sürə bilərdi, amma bunu etməyib: «Vüqar Oruc konfransa mane olmağa çalışdı və konfrans günü öz ofisində təşkilat üzvlərini başqa bir görüşə dəvət etməklə nümayəndələrin konfransda iştirakına mane olmaq istədi. Bu cür neqativ hallar baş versə də, ümumilikdə konfrans baş tutdu. Təşkilat üzvləinin əksəriyyəti konfransda iştirak etdi».
AQC-nin sədri Vüqar Orucov isə baş verənləri «konfransa oyunu» adlandırıb, təşkilatın rəhbərliyində dəyişiklik olmadığını və özünün sədr kimi fəaliyyətini davam etdirdiyini bildirib.
O məsələ ilə bağlı sosial şəbəkə hesabında yazıb ki: «AQC sədri olaraq fəaliyyətimi davam etdirirəm. Bu gün biriləri konfrans-konfrans oynayanda mən Mərkəzi Bankda Sahibkarlar Şurasının iclasında ölkədə qiymətləndirmə sektorunun problemlərindən danışırdım. Xahiş edirəm AR Ədliyyə Nazirliyinin qərarına hörmətlə yanaşaq və özünü olmadığı kimi cəmiyyətə təqdim edənlərin məlumatını tirajlamayaq».
Vüqar Oruc bildirib ki, sözügedən tədbirdə AQC üzvlərinin heç də hamısı, hətta yarasın da iştirak etməyib və burada qəbul edilən qərarlar etibarsızdır:
«AQC də 60 şirkət var, «konfransda» 18 şirkətdən 30 nümayəndə iştirak edib, özünü sədr adlandıran şəxs 20 səslə seçilib. Birtərəfli məlumat paylaşan media nümayəndələri AQC-nin əvvəlki konfrans və tədbirlərinə nəzər yetirsə, görərlər ki, bu tədbir AQC-nin adından qərar verə bilməz. Yaxın saatlarda geniş açıqlama ilə çıxış edəcəyəm»-deyə AQC sədri bildirib. Xatırladaq ki, Vüqar Orucun səlahiyyətlərinin 2025-ci ilin may ayında bitməsi nəzərdə tutulurdu.