“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2019-cu ili 326,11 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki səhmdar cəmiyyəti 2018-ci ildən 31,715 milyon manat zərərlə çıxmışdı.
Eləcə də bax: Meliorasiya tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, ötən ili “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın gəlirləri 1 160,057 milyon manat (əvvəlki illə müqayisədə 39,9% çox), xərcləri isə 833,947 milyon manat (3,15% az) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın aktivləri 3 012,388 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,1% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 2,7% azalaraq 9,774 milyon manata düşüb, balans kapitalı isə 12,1% artaraq 3 092,614 milyon manata çatıb.
Xatırladaq ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 728,428 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur. (Report)