Azərbaycanın tikinti sektorunda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanimzinin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyasının yaradılması nəzərdə tutulub.
Eləcə də bax: Azərbaycanda Dövlət - İNVESTİSİYA HOLDİNQİ YARADACAQ
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Sənəddə deyilir ki, həmin məsələnin reallaşdırılıması və korporasiya tərəfindən aşağıdakı fəaliyyətin həyata keçirilməsinə dair təkliflər hazırlanmalıdır:
- strateji layihələr portfelinin uzunmüddətli idarə olunması, yeni layihələrin işlənməsi;
- bu layihələrin maliyyələşməsinə investorların cəlb edilməsi;
- dövlət tərəfindən yeni tikinti layihələri üçün yerlərin ayrılması və zəruri infrastrukturun yaradılması;
- multi-funksional tikintini təmin edən pilot layihənin həyata keçirilməsi.