Azərbaycan hökuməti xarici dövlət borcu ilə bağlı ilkin planlarını açıqlayıb.
FED.az xəbər verir ki, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan «Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri»ndə əksini tapıb.
Sənədə əsasən, hökumət, dövlət borcunun idarə edilməsinə dair Strategiyanı yeniləyəcək.
Ən əsası, xarici maliyyə bazarlarındakı əlverişli konyunkturadan istifadə etməklə xarici dövlət borcu portfelinin restrukturizasiyasının aparılması nəzərdə tutulub.