Rəsmi Bankı İran şirkətlərini işğaldan azad olunan ərazilərdə aparılan bərpa quruculuq işlərində iştiraka etməyə dəvət edib.
FED,az xəbər verir ki, iyunnu 26-da Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafeyi ilə görüşüb.
Görüşdə səfir iki ölkə arasında nəqliyyat, tranzit, energetika, kənd təsərrüfatı və digər sahələrdəki faydalı əməkdaşlığı xatırladaraq Azərbaycanın İranla iqtisadi-ticari əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.
Səfir xatırladıb ki, hətta COVID-19 pandemiyası dövründə də Azərbaycan sərhədləri İranla tranzit və ikitərəfli ticarət üçün bağlanmayıb və yükdaşımalar davam edib. Nəticədə 2021-ci il ərzində Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsinin həcmi 30 faiz, cari ilin ötən dövrü ərzində isə 20 faiz civarında artıb. Səfər bu işdə iş adamlarının və özəl şirkətlərin fəaliyyətinin önəmli olduğunu qeyd edib.
Əli Əlizadə qeyd edib ki, Azərbaycan və İran Prezidentlərinin Aşqabad görüşü iki qonşu dövlət arasındakı münasibətlərdə yeni səhifə açıb, İranın yeni höküməti ilə əməkdaşlıq çərçivəsində qısa zamanda hazırlanaraq imzalanmış qaz mübadiləsi sazişi, Astaraçay üzərində təməli qoyulmuş yeni körpünün və digər bu kimi layihələr bunun əyani təzahürüdür.
Səfir onu da xatırladıb ki, 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan ordusu 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağı azad etməsi nəticəsində, Azərbaycanın İran ilə 132 kilometrlik sərhəd hissəsinin də azad olunub və əməkdaşlıq əlaqələrinin artırılması üçün yeni imkanlar yaranıb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq və abadlıq işləri haqqında məlumat verən Əli Əlizadə İran şirkətlərini də həmin ərazilərə sərmayə yatırmağa dəvət edib.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa ediləcək Rəşt-Astara dəmir yolunun tranzit və nəqliyyat əlaqələrinin artmasına verəcyi tövhəni vurğulayan səfir, hazırda Azərbaycan Hökümətinin sərmayəsi ilə Astarada dəmiryolu yük terminalının tikintisinin davam etdiyini xatırladıb.
Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya bağlantılarının yaradılması haqqında iki dövlət arasında imzalanan sazişin də nəqliyyat və tranzit imkanlarının artmasında böyük rol oynayacağını vurğulayıb.
İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafeyi qeyd edib ki, İran ilə Azərbaycan xalqları arasındakı yaxınlıq əməkdaşlığın daha ya artmasına səbəb olur. Hər iki dövlətin prezidentinin siyasi xətti daha yaxın iqtisadi əlaqələr qurmaqdan ibarətdir və rəhbərlik etdiyi Palatanın hər zaman ikitərəfli ticari əməkdaşlığın genişlənməsi üçün səyləri artırmağa, iş adamlarının görüşlərinin təşkilinə və qarşılıqlı sərmayələrin həyata keçirilməsinə hazırdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və müştərək layihələr ətrafında da fikir mübadiləsi aparılıb.