Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə müraciət edib.
Müdafiə Nazirliyindən işğal olunmuş ərazilərdəki dinc əhaliyə - MÜRACİƏT
Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir ki, Hərbi Komandanlıq onlara silahı yerə qoymağı və təslim olmağı təklif edir.
Məlumatda deyilir ki, beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq (APA).