Cəbhə xəttində Ermənistanın təxribatından sonra Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində indiyədək işğal olunan torpaqların bir qismi azad edilib.
FED.az xəbər verir ki, hazırda Azərbaycan və işğal olunan torpaqlarda yerləşdirilən Ermənistan qoşunları arasında hərbi əməliyyatlar davam edir və yeni ərazilərin azad olunacağı şübhə doğurmur. Erməni tərəfi Qarabağdakı erməni qüvvələrini «Qarabağ Ordusu» adı ilə təqdim etsə də, aydındır ki, Qarabağda döyüşən erməni qüvvələri bizim torpaqları işğal etmiş Ermənistan qoşunlarıdır.
Belə vəziyyətdə tərəflərin hansı silahlardan istifadə etməsi və hansı gücə malik olması böyük maraq doğurur.
FED.az bütün dünyada məşhur olan «GLOBAL FIREPOWER» (GFP) təşkilatına və Rusiya mətbuatına istinadən hər iki ölkənin silahlı qüvvələrinin müqayisəsini təqdim edir.