Mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.
FED.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”ni imzaladılar.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və “Bulgaria Air” aviaşirkətinin idarə heyətinin üzvü Xristo Todorov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”ni imzaladılar.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və Bolqarıstanın energetika nazirinin vəzifəsini icra edən Vladimir Malinov “Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstanın İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Asarel Investment” şirkətinin müşahidə şurasının sədri Dimitar Tsosorkov “Azərbaycanən Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu”nu imzaladılar.