Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul edib.
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyəti ilə bağlı yaradılan Komissiyanın hazırladığı qərar mətnində öz əksini tapıb.
Qərara əsasən, Milli Məclisin Avropa İttifaqında iştirakına son qoyulub, həmçinin Avronest Parlament Assambleyası ilə əlaqələrə xitam verilməsi barədə proseslərə başlanılıb.
Sənəd səsverməyə qoyularaq qəbul edilib.













