Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən sonra, təqribi hesablamalara görə, ölkə 2 mlrd. kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı əldə edib.
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın Baş nazirin müavini Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, sözügedən ərazilərdə müxtəlif dövrlərdə su anbarları tikilib və onları sadalayıb: “Xudafərin su anbarı 1,6 mlrd. kubmetr su həcmindədir. Qız qalası su anbarı tikilməkdədir - 62 mln. kubmetr. Sərsəng su anbarı 565 mln. kubmetr həcmindədir. Suqovuşan su anbarı - 6 mln. kubmetr, Xaçınçay su anbarı - 23 mln. kubmetr, Köndələnçay kiçik su anbarları - 14,8 mln. kubmetrdir. Eyni zamanda, su tələbatının daha etibarlı imkanları, yeni imkanlar yaranır və bu da su təhlükəsizliyimizin təmin olunması baxımından çox əhəmiyyətlidir”