“Azenco” ASC-nin səhmdarlarının növbəti illik yığıncağı keçirilib. “
FED.az xəbər verir ki, iclasda hesabatlar dinlənilib, cəmiyyətin idarə heyətinin, Müşahidə Şurasının yeni tərkibi ilə əlaqədar müzakirələr aparılıb.
Səhmdarların qərarı əsasında idarə heyətinin sədri Vüqar Əliyev Müşahidə Şurasının sədri seçilib, idarə heyətinin sədri isə Pərviz Hacıyev təyin edilib. Həmçinin Ramazan Səfərov idarə heyətinin 1-ci müavini, Etibar Əhmədov isə müavin vəzifəsini icra edəcək.
“Azenco” ASC “Layihələndirmə, tikinti və satınalma” müqavilələrini həyata keçirən energetika və sənaye sahəsində irihəcmli tikinti şirkətidir.