Prezident İlham Əliyev AZAL-ın fəaliyyətini tənqid edib.
Eləcə də bax: AZAL-ın rəhbərinə - "ŞƏRƏF" ORDENİ VERİLDİ - SƏRƏNCAM
FED.az bildirir ki, bu gün keçirilən müşavirədə dövlət başçısı digər dövlət şirkətləri ilə yanaşı, AZAL-ın da fəaliyyətindən narazılığını bildirib:
Eləcə də bax: Prezident: "Əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur?"
«AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir»-deyə prezident bildirib.