“Hamı Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanacaq sazişi gözləyir və bu, yaxşı haldır”.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.
“Keçən həftə ticarət üzrə danışıqlar həyata keçirildi. Azərbaycan höküməti 3 gün ərzində zəhmət çəkdi. Müzakirə predmeti olan məsələlərlə bağlı 5 videokonfrans gözlənilir. Mən sizə tam əminliklə deyə bilərəm ki, hər iki tərəfdə bu sazişin imzalanması üçün qətiyyət var. Hər iki tərəf onun mümkün qədər tez imzalanması üçün çalışır və kifayət qədər iddialı sazişdir. Dövlət satınalmaları ilə bağlı məsələ çox ciddi müzakirə predmetidir. Bu, sazişin bir hissəsi olacaq və hamıya təsir edəcək. İşlərin yekunlaşdırılması üçün fürsətlərdən biri məhz Brüsseldə keçiriləcək tədbirdir. Bu tədbir 13-14 may tarixlərində keçiriləcək. Altı dövlət başçısı məhz Şərq Tərəfdaşlığı dövlətlərinin rəhbərləri və Azərbaycan Prezidenti bu konfransda iştirak edəcək", - K. Yankauskas əlavə edib.
Eləcə də bax: Populyar hesab edilən şirkətlərdə xidmət səviyyəsi "zəif"dir - ARAŞDIRMA