“Avrasiya-Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) keçmiş direktoru Ramil Əzizova Minatəmizləmə Agentliyində vəzifə verilib.
Eləcə də bax: Anar Bayramov yüksək vəzifəyə - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, o, agentliyin Maarifləndirmə şöbəsinin rəisi təyin olunub.
Xatırladaq ki, “Avrasiya Kredit” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. BOKT-un təsisçisi Beynəlxalq Avrasiya Mətbuat Fondudur (Qeyri-hokumət təşkilatı). R.Əzizovdan sonra kredit təşkilatına Oğuz Mirzəyev rəhbərlik edir. O, Fondun rəhbəri Umud Mirzəyevin oğludur. (Report)