"Atəşkəsin müddəti barədə məlumat yoxdur".
FED.az xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov brifinqdə deyib.
O bildirib ki, atəşkəsin müddəti barədə məlumat yoxdur: "Bununla bağlı müddət müəyyən olunmayıb. Bu prosesi Qırmızı Xaç Komitəsi müəyyən edəcək, orada qızğın döyüşlər gedirdi. Hərbçilərin, meyitlərin dəyişdirilməsi prosesi asan deyil. Bu proses yekunlaşandan sonra Qırmızı Xaç Komitəsi dəqiq məlumat verə bilər".(qafqazinfo)