Təcridxanadan azad edilmiş Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev hazırkı dövlət başçısı Soonbay Jeenbekovu istefa verməyə çağırıb. FED.az bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.
Atambayev Qırğızıstan Sosial-Demokrat Partiyasının mənzil-qərargahı qarşısında tərəfdarları önündə çıxış edib.
Eks-prezident öz prezidentliyi dövründə yol verdiyi səhvlərə görə xalqdan üzr istəyib və hazırkı dövlət başçısını sərt tənqid edib.
Atambayev Jeenbekovun istefasının, xalqın birliyinin və həmrəyliyinin qorunmasının vacibliyini bildirib