Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 895 ştat vahidi müəyyən edilib.
FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dövlət Agentliyinin işçilərinin sayı indiyədək 715 nəfər olub.
Eləcə də bax: Prezident qanunu pozan məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verib