Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İlk Həmkarlar İttifaqı təşkilatının növbədənkənar yığıncağı keçirilib.
Eləcə də bax: Hesablama Palatasının Aparat rəhbəri vəzifəsinə - Yeni Təyinat
FED.az xəbər verir ki, Dövlət Agentliyindən verilən məlumata görə, növbədənkənar yığıncaq Həmkarlar İttifaqı təşkilatının 2020-ci il ərzində görülən işlərə dair Hesabatının təqdim edilməsi və Komitəyə yeni sədrin seçilməsi məqsədilə təşkil olunub.
İclasın yekununda Komitə üzvlərinin yekdil qərarı ilə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin baş məsləhətçisi Əsli İbrahimli Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib.