Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub.
Eləcə də bax: Dövlət Əmlak Xidmətində - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, adıçəkilən vəzifəyə Turanə Qasımova gətirilib.
T.Qasımova daha əvvəl ABAD-ın Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsidə çalışıb.
Onun yerinə hələlik təyinat yoxdur. (Report)