«ASAN xidmət» və «ASAN Kommunal» mərkəzləri martın 29-dan xüsusi rejimdə işləyəcək.
Eləcə də bax: "ASAN Xidmət"in əməkdaşları - EVDƏN İŞLƏYƏCƏK
FED.az xəbər verir ki, koronavirus səbəbindən bu dövr ərzində müraciətlər 108 «Çağrı» mərkəzi vasitəsilə qəbul ediləcək. Müraciətdə sorğu edilən xidmətin zəruri olması müəyyən edildikdə, vətəndaş aidiyyəti «ASAN xidmət» mərkəzinə yönləndiriləcək və ya ona səyyar xidmət göstəriləcək.
Başqa sözlə, birbaşa «ASAN Xidmət» mərkəzinə gələn vətəndaşlara xidmət olunmayacaq. Hökmət əvvəlcədən «ASAN Xidmət»ə zəng etmək tələb olunacaq.
Vətəndaşları qəbul edəcək mərkəzlər və səyyar xidmət göstərəcək əməkdaşlar insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib.
Sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.
«Məqsəd odur ki, ASAN Xidmət mərkəzlərində qələbəlik və sıxlaşma, insanlar üçün təhlükə yaranmasın»- deyə ASAN Xidmətin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev FED.az-a bildirib.
Bundan əlavə, vətəndaşlara “Elektron hökumət” portalında (https://www.e-gov.az) mövcud olan elektron xidmətlərdən istifadə etmək də tövsiyə olunub.