Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək.
FED.az xəbər verir ki, bu barədə ASAN Xidmət məlumat yayıb.
Bildirilib ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. Yanvarın 21-dən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
Eləcə də bax: Bəzi xidmətlər yalnız «ASAN Xidmət»də göstəriləcək – SİYAHI