Silahlı Qüvvələr Günü və Qurban bayramı ilə əlaqədar olaraq iyunun 26-dan 30-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.
FED.az xəbər verir ki, bu barədə ASAN Xidmət məlumat yayıb.
Bildirilib ki, iyulun 1-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Xatırladaq ki, bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.