“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin sayı artırılıb.
Bəzi nazirliklərin fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” qanuna uyğunlaşdırılıb - SƏRƏNCAM
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmana edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlər də həyata keçiriləcək:
- şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıda (çipdə) məlumatların dəyişdirilməsi:
- daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi;
- daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi;
- daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi;
- torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi;
- daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxiv arayışlarının, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi;
- yerquruluşu planının verilməsi;
- daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi;
- ünvan reyestri məlumat bazasından arayışların verilməsi;
- ünvan xəritələrindən çıxarışların verilməsi;
- daşınmaz əmlaka dair texniki sənədlərin dublikatının verilməsi;
- daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi;”.
- ixrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi;
- ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi;
- mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazənin verilməsi;
- Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazənin verilməsi;
- elektrik enerjisinin nəqlinə icazənin verilməsi;
- elektrik enerjisinin paylanmasına icazənin verilməsi;
- elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi;
- qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi;
- qazın nəqli üçün icazənin verilməsi;
- qazın paylanmasına icazənin verilməsi;
- yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi;
- neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi;
- neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi;
- neft və neft məhsullarının emalına icazənin verilməsi;
- neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi;
Təhsil sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
- təhsilalanlara təhsil müəssisələrində təhsil almalarına dair arayışların verilməsi;
- sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatların verilməsi;
Fövqəladə hallar sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
- təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarışın verilməsi;
- partlayıcı maddələrin və qurğuların, tezalışan maddələrin və pirotexniki məmulatların dövriyyəsinə xüsusi icazənin verilməsi;
Ətraf mühitin mühafizəsi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
- atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazənin verilməsi;
- balıqovlama biletinin verilməsi;
- ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletinin verilməsi, biletin müddətinin uzadılması;
- ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların dövriyyəsinə xüsusi icazənin verilməsi.