"ASAN xidmət" mərkəzləri əvvəlki kimi 320-yə yaxın xidməti göstərməyə başlayacaq.
Eləcə də bax: Gələn həftədən “ASAN Xidmət” yeni formada - FƏALİYYƏTƏ BAŞLAYACAQ
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev keçirilən brifinqdə deyib.
Ü.Mehdiyev bildirib ki, "ASAN Xidmət" mərkəzlərində gün ərzində ümumilikdə 1000 nəfərə yaxın insan qəbul olunacaq:
"Aprelin 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimi tədbirlərinin yumşalması haqqında qərar qəbul edib. Bunlardan biri də aprelin 27-dən etibarən "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin daha geniş şəkildə fəaliyyətinin təmin edilməsindən ibarətdir. ASAN xidmət" mərkəzləri əvvəlki kimi 320-yə yaxın xidməti göstərməyə başlayacaq".
Agentlik sədrinin sözlərinə görə, vətəndaşların mərkəzlərdə toplaşmasının qarşısını almaq üçün qabaqcadan onlayn növbə götürərək xidmətlərdən istifadə edə bilərlər:
"Bunun üçün üç imkan yaradılıb. Vətəndaşlar "ASAN xidmət"in mobil tədbiqindən istifadə edərək, "ASAN xidmət"in saytına daxil olaraq və Çağrı Mərkəzləri vasitəsilə onlayn növbə götürə bilərlər. Qabaqcadan növbə götürməyənlər mərkəzlərə buraxılmayacaqlar: "Əvvəllər mərkəzlərdə 30 minə yaxın vətəndaşa xidmət göstərilirdi. Lakin pandemiya şəraitində vətəndaş sıxlığının qarşısını almaq üçün bir mərkəzdə yalnız minə yaxın vətəndaşa xidmət göstəriləcək. Vətəndaşlar əvvəlcə onlayn növbə götürməli, sonra isə 8103 nömrəsinə 2 yazıb göndərərək icazə alıb mərkəzlərə gəlməlidirlər".
Trend