“ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə quraşdırılmış “ASAN ödəniş” terminalları funksional imkanlarının genişləndirilməsi və profilaktik tədbirlərlə əlaqədar may ayı ərzində xidmət göstərməyəcək.
FED.az-ın məlumatına görə, vətəndaşlar qeyd olunan müddət ərzində öz ödənişlərini www.asanpay.az portalı və “ASAN ödəniş” sisteminə qoşulmuş ödəniş portalları üzərindən həyata keçirə bilərlər.
Qeyd edək ki, hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin elektron qaydada ödənilməsi “ASAN ödəniş” sistemi vasitəsi ilə təmin edilir (report).