Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqroservis» ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
FED.az xəbər verir ki, həmin vəzifəyə Mehman Veysəlov təyin edilib. M.Veysəlov bu vəzifədə Elmin Rəhmanovu əvəz edib. Elmin Rəhmanov bu ilin avqust ayının 5-də vəzifəsindən azad edilmişdi.
Qeyd edək ki, M.Veysəlov İqtisad Universitetinin maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb və Oxford Universiteti “Said Biznes Məktəbi”nin Strateji idarəçilik Proqramını bitirib.
O PWC Azərbaycanda baş konsultant, KPMG Azərbaycanda vergi meneceri, Vergi Məsləhətləri Xidmətinin rəhbəri, TAAC DMCC şirkətində maliyyə rəhbəri vəzifəsində çalışıb.
Bu vəzifədən əvvəl Mehman Veysəlov, 2019-2024-cü illərdə isə “Modern” Şirkətlər Qrupunun baş icraçı direktoru olub.