Nazirlər Kabineti Azərbaycanda kənd təsərrüfatı sahəsində sığortanı – aqrar sığortanı təşkil edəcək qurumun - Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib.
Eləcə də bax: Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - YENİ QƏRAR
FED.az xəbər verir ki, nizamnaməyə əsasən, Fond Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək məqsədilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir və sahibkarlıq fəaliyyəti ilə də məşğul ola bilər.
Eləcə də bax: Aqrar sığortanın necə işləyəcəyi - MƏLUM OLDU – DETALLAR – MÜSAHİBƏ
Fond maliyyə vəsaitlərinin cəlb olunması üçün tədbirlər görməli, o cümlədən kreditlərin cəlb olunması barədə danışıqlar aparmalı və təkliflər verməli, eləcə də aqrar sığortadan daxil olmuş vəsaitdən səmərəli və təyinatı üzrə istifadə etməlidir.
Fondun təminatı verdiyi risklər təkrarsığortaya yönəldiləcək.
Ölkədə aqrar sığortanın təşkili və tətbiqi üçün “Aqrar sığorta” informasiya sistemi yaradılacaq.
Nizamnaməyə görə, Fond Himayəçilik Şurası və İdarə heyəti tərəfindən idarə olunacaq.
Himayəçilik Şurası
Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirən Himayəçilik şurası Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Mərkəzi Bankın (1 nəfər), fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən olmaqla, 5 üzvdən ibarətdir. Şuranın üzvləri 3 il müddətinə təyin edilir və ictimai əsaslarla fəaliyyət göstərir. Onlar növbəti müddətlərə yenidən təyin edilə bilərlər. Şuranın 3 üzvünü (Nazirliyin və fermerlər assosiasiyasının nümayəndələrini) Nazirlik təyin edir. Qalan üzvlər təmsil etdikləri qurumlar tərəfindən təyin edilir.
Şuranın üzvü aşağıdakı tələblərə cavab verməlidir:
- ali təhsilli olmaq;
- ən azı 5 il iş təcrübəsinə malik olmaq.
Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.
İdarə Heyəti 3 üzvdən – Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədrdən, müavindən və bir üzvdən ibarətdir. İdarə Heyətinin üzvləri 5 il müddətinə təyin edilir. Onlar növbəti müddətə yenidən təyin edilə bilərlər.
İdarə Heyətinin üzvləri aşağıdakı tələblərə cavab verməlidirlər:
ali təhsilli olmalıdır;
İdarə Heyətinin sədri – sığorta sektorunda, həmçinin sığorta tənzimlənməsi və nəzarəti sahəsində ən azı 3 il və ya digər maliyyə sahəsində ən azı 4 il,
digər üzvləri - sığorta sektorunda, həmçinin sığorta tənzimlənməsi və nəzarəti sahəsində ən azı 2 il və ya digər maliyyə sahəsində ən azı 3 il iş təcrübəsinə malik olmalıdır;
Fondun istiqrazlarının buraxılması üçün emissiya prospektini təsdiq edir;
Nizamnaməyə görə, Aqrar sığorta Fondunun məsul idarəedici qurumu olaraq ölkədəki sığorta şirkətləri tərəfindən bərabər paylarla ASC yaradılacaq. Və bu ASC fondla müqavilə bağlayacaq.
Aqrar Sığorta Fondunun nizamnamə kapitalı 1 milyon manat müəyyən edilib.
Nizamnaməyə görə, Fondda toplanan vəsaitlər ilkin olaraq Fondun müəyyən etdiyi həddə gözlənilən irihəcmli zərərlərin tənzimlənməsi üçün ehtiyatların formalaşdırılmasına və növbəti müddətə ödənilən sığorta haqlarında sığorta qaydalarına uyğun olaraq nəzərə alınmasına yönəldilir.
Fondun aktivləri və təkrarsığorta təminatı onun öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət etmədikdə, öhdəliklərin təmin edilməsi üzrə əlavə maliyyə vəsaitinin cəlb edilməsi üçün Fond Maliyyə Nazirliyinə müraciət edir.
Fond Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”na uyğun olaraq borclana bilər.