Amerikalı investor və iş adamı, Yan Purijanski (Jon Purizhansky) Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
FED.az xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli Prezident Əliyev! Sizə cansağlığı və xoşbəxtlik dolu şad bir doğum günü arzu etməkdən böyük şərəf duyuram!
Siz Azərbaycanı nümunəvi tolerantlıq və insan hüquqlarının müdafiəsi cəmiyyətinə çevirdiniz. Çoxmillətli şirkətin rəhbəri və təcrübəli beynəlxalq ekspert kimi mən Azərbaycanı təşkil edən müxtəlif dinlərə və etnik icmalara misilsiz diqqət və hörmətin olduğunu təsdiq edə bilərəm. Bir israilli amerikalı kimi mən Sizin Azərbaycandakı yəhudi icmasına və İsrail dövlətinə qarşı isti qardaşlıq münasibətinizi xüsusilə yüksək qiymətləndirirəm.
Ad gününüz mübarək!
Ən xoş diləklərlə,
Con Purijanski / Jon Purizhansky, Esq.
Təsisçi / CEO
www.joblio.co
Qeyd edək ki, Yan Purijanski (Jon Purizhansky) - rəqəmsal texnologiyaların tətbiq edilməsi sayəsində bir sıra böyük beynəlxalq işgüzar layihələrin müəllifi və rəhbəridir. İsrail və ABŞ vətəndaşı, ixtisasca hüquqşünasdır. Biznes fəaliyyəti İsrail, Kanada, İngiltərə, ABŞ, Baltik və Balkan ölkələrini əhatə edir.