Banner

Dövlət

Ali Məhkəməyə namizədliyi irəli sürülmüş hakimlər - SİYAHI

Ali Məhkəməyə namizədliyi irəli sürülmüş hakimlər - SİYAHI | FED.az
20:28 30 Aprel 2020

Sabah, mayın 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələyə baxılacaq.

Eləcə də bax: Azərbaycanda bir nazirlikdə koronavirusa görə müavinlərin - SAYI ARTIRILDI

FED.az  xəbər verir ki, Prezident İlham Əliyev Ali Məhkəməyə bir neçə hakim təyin edilməsi barədə Milli Məclisə təqdimat göndərib.

Sabahkı komitə iclasında Bakı Apelyasiya Məhkəməsinin hakimləri İsmayıl Xəlilov, Vüqar Həsənov, Zaur Əliyev, Abidin Hüseynovun, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Çingiz Əsgərov, Aqil Abbasov, Bəhram Məmmədli, Bəhman Qəribovun, Gəncə Apellyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.

Digər xəbərlər

Banner