Prezident İlham Əliyev mayın 21-də Ağstafa rayonuna yeni icra başçısı təyin edib.
Eləcə də bax: Prezident daha bir icra başçısını - İŞDƏN ÇIXARTDI
Ölkə başçısının sərəncamı ilə Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
FED.az Seymur Orucovun dosyesini təqdim edir:
Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub.
2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək, Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. 2007-ci ildə magistraturanı bitirib.
Elə həmin ildən kafedranın aspirantı və müəllimi olub.
2006-06.2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olub.
2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.
2010-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilib.
2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.
4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.
29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.
Ailəlidir.
Seymur Orucov YAP-ın Səbail rayon təşkilatının sədri, Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkənidir.
Modern