Ağdam şəhərinə komendant və müavinlər təyin edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən FED.az-a məlumat verilib.
Bildirilir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanına uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdam Rayon Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin edilib.
Qeyd olunub ki, hazırda Ağdam Rayon Polis Şöbəsinin Ağdam şəhərinə köçürülməsi istiqamətdə işlər aparılır. Ağdam Rayon Polis Şöbəsi əməkdaşları və Daxili Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Ağdamda komendant rejimində fəaliyyətlərini davam etdirəcəklər.