Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) yeni rəis müavini təyin olunub.
Bakı və Abşeronda su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiq edilib
FED.az xəbər verir ki, ADSEA sədri Zaur Mikayılovun əmrinə əsasən, bu vəzifəyə Əliağa Əzizov təyinat alıb.
Yeni rəis müavini kollektivə təqdim edilib.
Qeyd edək ki, Əliağa Əzizov 2020-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də baş məsləhətçi, 2023-cü ildən ADSEA-da "Elm və innovasiya" sektorunun müdiri, 2025-ci ildən isə şöbə müdir müavini vəzifəsində çalışıb.










