“AccessBank” QSC-nin Hüquq departamentinin sabiq direktoru Əhmədəli Məmmədov da 9 fevral 2019-cu il tarixdə keçirləcək növbədənkənar parlament seçkilərinə qatılacaq.
Eləcə də bax: Şəhidin övladı - MİLLƏT VƏKİLİ OLMAQ İSTƏYİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Əhmədəli Məmmədov 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizədlik verib və Mərkəzi Seçki Komitəsi artıq onun namizədliyini təsdiqləyib.
Ə.Məmmədov həmçinin ABA-nın Hüquq Ekspert qrupunun üzvüdür.
Qeyd edək ki, buna qədər daha bir bank əməkdaşı deputatlığa namizədlik verib. Belə ki, “Ata Bank”da departament rəhbəri Oruc İbrahimov öz namizədliyini irəli sürüb.