Birləşmiş Ştatlar jurnalist Camal Qaşıqçının qətlinə cavab olaraq bir sıra Səudiyyə məmurlarının vizalarının geri alınması ilə kifayətlənməyəcək və əlavə tədbirlər görəcək.
FED.az xəbər verir ki, RİA "Novosti"nin məlumatına görə, bunu jurnalistlər üçün keçirilən gündəlik brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.
"Biz sanksiyalar barədə əvvəlcədən xəbər vermirik, lakin görəcəyimiz tədbirlər Səudiyyə Ərəbistanından olan bir sıra yüksəkçinli məmurun vizalarının geri alınması və ABŞ-a girişlərinin qadağan olunması ilə bitməyəcək", - deyə o bildirib.
Bundan əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasını köçürmək niyyətində olduğu bildirilib.