Prezident Donald Tramp ABŞ-ın Yaxın Şərqə 120 min əsgər göndərəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
FED.az xəbər verir ki, Tramp “New York Times” qəzetinin irəli sürdüyü “İrana qarşı 120 min əsgər göndəriləcək” iddialarını təkzib edib.
ABŞ liderinin sözlərinə görə, bu, uydurma xəbərdir. O, həmçinin əlavə edib ki, bu addımı ata bilər, lakin hələlik planlaşdırmayıb.
Tramp əlavə edib ki, əgər belə bir şey planlaşdırmış olsaydı, o zaman İrana daha çox hərbçi göndərmiş olardı.
Prezident məlumatı təkzib etsə də, Pentaqon hər hansı açıqlama verməyib.
Eləcə də bax: Çindən ABŞ-a cavab - ABŞ MƏHSULLARINA VERGİNİ QALDIRDI