ABŞ Senatı diplomat Erl Litsenberqerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiqləyib.
FED.az xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi konqresə istinadən məlumat yayıb.
“Senat bu gün ABŞ prezidenti Donald Tramp tərəfindən Azərbaycandakı səfir postuna namizəd göstərilən Erl Litsenberqeri təsdiq edib”, - məlumatda bildirilib.
ELƏCƏ DƏ BAX: Səbail rayon icra başçısının müavini dəyişdirilib
Litsenberqer bundan əvvəl ABŞ-ın Serbiya və Qırğızıstandakı səfiri, eləcə də, NATO-da ABŞ missiyasının rəhbəri olub.