Nazirlər Kabinetinin koronavirus panmediyası ilə bağlı qərarı deputatlara şamil edilməyəcək.
FED.az xəbər verir ki, 65 yaşdan yuxarı şəxslərlə bağlı məhdudiyyətlər Milli Məclisin deputatlarına aid olmayacaq.
Eləcə də bax: TƏCİLİ: Azəbaycanda xüsusi karantin rejimi elan edildi - QADAĞALAR
Bununla bağlı məsələ Milli Məclisin yaxın günlərdə keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə infeksiyanın yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edib.
Bu müddət ərzində 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinə başlanılıb.
Report