“Ermənistan təkcə cəbhədə təxribatlarla məşğul deyil, eyni zamanda Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və digər ərazilərində Azərbaycanın təbii sərvətlərini talamaqla məşğuldur”.
FED.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə Baş prokuror Kamran Əliyev deyib.
K. Əliyev bildirib ki, ermənilər Avropada və digər ölkələrdə yaşayan erməni əsilli vətəndaşları, erməni iş adamlarını Ermənistana dəvət edib, Ermənistandan isə Azərbaycanın işğal altında olan ərazilərinə gətirib, orada qanunsuz iqtisadi fəaliyyətlə məşğul olublar: “1994-cü ildən bu günə qədər bu fəaliyyət davam etdirilir. Bununla bağlı 6 şirkət üzrə 12 nəfər beynəlxalq axtarışa verilib”.