Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 2023-cü ilin I rübü ərzində nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə 63-ü planlı, 6-sı isə plandankənar olmaqla 69 nəzarət-yoxlama tədbiri keçirilib.
FHN rentgen və kompüter-tomoqrafiya müayinələri ilə bağlı - ƏHALİYƏ MURACİƏT ETDİ
FHN-dən FED.az-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1 hüquqi, 16 vəzifəli və 1 fiziki şəxsə qarşı inzibati xəta haqqında protokol tərtib edilib.
Bundan əlavə, 31 müəssisəyə qəza hallarına hazırlıq və cavabvermə üzrə tədbirlərin gücləndirilməsi məqsədilə metodiki köməklik göstərilib.
Həmçinin, Agentlik tərəfindən ötən rüb ərzində 106 müəssisəyə ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqəli fəaliyyətin həyata keçirilməsi üçün 119 “xüsusi icazə” verilib. Nüvə və radioloji fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulan obyektlərin layihələrinin, bu obyektlərdə tətbiq edilən yeni texnoloji proseslərin və avadanlıqların nüvə və radiasiya təhlükəsizliyinin ekspertizasının həyata keçirilməsi üzrə 8 rəy verilib.
Bundan əlavə, 2023-cü ilin birinci rübündə Agentlik tərəfindən aparılmış inventarizasiya tədbirləri çərçivəsində ölkədə 74 müəssisə üzrə ionlaşdırıcı şüalanma mənbəyi hesab edilən 223 qurğuya dair məlumatlar təhlil edilib və onlar məlumat bazasında qeydə alınıb. Həmçinin, 29 müəssisə üzrə 2389 radioaktiv mənbə və 90 rentgen aparatı barədə məlumatlar radioaktiv mənbələrin məlumat bazasına daxil edilib.