2024-cü il dövlət büdcəsində iqtisadi fəaliyyətlə bağlı xərclər üçün (Dövlət əsaslı vəsait qoyuluşu 2482,9 milyon manat və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclər 4000,0 milyon manat vəsait istisna olmaqla) 1480,1 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,0 faiz təşkil edəcəkdir.