Prezident İlham Əliyev "Azərbaycanda 2022-ci il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.
FED.az xəbər verir ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.
Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Prezident İlham Əliyev "Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunu da imzalayıb.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.
Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.