Gələn ilin büdcə zərfi Milli Məclisə daxil olub.
FED.az xəbər verir ki, büdcə zərfinə "2020-ci il dövlət büdcəsi haqqında”, " 2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.
Eləcə də bax: Gələn ilin büdcə zərfinin Milli Məclisdə müzakirə olunacağı tarixlər müəyyənləşib
Sənəd yaxın vaxtlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Həmçinin dövlət büdcəsi zərfinə daxil olan məsələlər Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-ü keçiriləcək plenar iclasında müzakirəyə ediləcək.
Apa