Keçən gecə baş vermiş hava hücumu nəticəsində İsfahan “Mubarək” Polad Kompleksinin bir neçə nöqtəsi hədəfə alınıb.
Tramp: İranla müharibə 2-3 həftəyə bitəcək – NEFT YENƏ BAHALAŞDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə kompleksin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, ilkin qiymətləndirmələrə görə, istehsalla bağlı bölmələr ciddi şəkildə dağıdılıb.
“Hücumun baş verdiyi vaxt və yaranmış şəraitlə əlaqədar ziyanın dəqiq miqyası hələlik məlum deyil, lakin indiyədək aparılmış qiymətləndirmələr hücumların böyük həcmini, vurulmuş ziyanı və istehsal prosesi ilə bağlı bölmələrin ciddi dağıdıldığını göstərir. Əvvəlcədən görülmüş tədbirlər sayəsində kompleksdə olan işçilərin sayı minimuma endirilib, hücumdan sonra bu kompleksin yalnız məhdud sayda işçisi tibb mərkəzlərinə yönləndirilib və yüngül müalicədən sonra onlar xəstəxanadan buraxılıblar”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, sözügedən müəssisə İranın və Yaxın Şərqin ən böyük polad istehsalı kompleksidir. (Apa)











