Türkiyənin ən böyük biznes qruplarından biri olan «Zorlu Holdinq» gözlənilmədən böyük qalmaqalla üzləşib.
«TAC» və «VESTEL»in sahibi, Türkiyənin smartfon istehsalçısı – AZƏRBAYCANDA BİZNESƏ BAŞLAYIR
FED.az xəbər verir ki, «Zorlu Holdinq»in baş direktoru (CEO) Cem Köksalın işçilərə Ramazan Bayramı ilə bağlı göndərdiyi mesaj ölkəyə yayılıb, nəticədə şirkətin rəhbəri əvvəl həbs edilib, sonra isə şirkətin qərarı ilə istefaya göndərilib.
Türkiyənin məşhur holdinqi - Azərbaycana Pul Yatıracaq - İmzalanma
Xatırladaq ki, «Zorlu Holdinq» Türkiyənin əsas istehsalçılarından biridir və ölkə iqtisadiyyatının çoxsaylı sahələrində paya malikdir. Təkcə onu qeyd etmək kifayətdir ki, Türkiyənin məşhur «Vestel» və «Tac» brendləri də bu holdinqə məxsusdur.
Qalmaqal da «Vestel»in baş direktoru Ergün Gülerin Ramazan təbriki barədə mailindən başlayıb. Təbrik emalinə cavab verən Köksal şirkətin yalnız Şəkər və Qurban bayramlarını qeyd etdiyini və holdinqin 70 illik tarixində heç bir “Ramazan bayramı”nın qeyd olunmadığını bildirib. Köksal bildirib ki, “Şirkət olaraq dindən asılı deyilik. Çoxmillətli bir şirkət olmağa çalışarkən, hər dindən və millətdən işçimiz olmasını gözləyirik” – deyib.
Bu cavab barədə məlumat yayılandan sonra İstanbul Prokurorluğu Cem Köksal haqqında “inanc, düşüncə və fikir azadlığının həyata keçirilməsinə mane olmaq” cinayəti ilə istintaq başladıb və şirkətin rəhbəri həbs edilib.
Baş Prokurorluqdan verilən açıqlamada bildirilib ki, “Zorlu Holdinqin baş direktoru Cem Köksalın Ramazan ayının qeyd edilməməsi ilə bağlı bütün işçilərinə e-poçt göndərməsi hadisəsi ilə bağlı istintaq başlayıb. Köksal da Respublika Baş Prokurorluğunun göstərişi ilə saxlanılıb.
«TAC» və «VESTEL»in sahibi, Türkiyənin smartfon istehsalçısı – AZƏRBAYCANDA BİZNESƏ BAŞLAYIR
Qeyd edək ki, bu Türkiyədə şirkət rəhbərinin dini məsələlərə görə həbs edilməsi ilə bağlı nadir hadisələrdəndir.
Məsələ böyüyən kimi, «Zorlu Holding»in səhmdarları Cem Köksalı istefaya göndəriblər.
FED.az xəbər verir ki, «Zorlu Holdinq» İdarə Heyəti açıqlama verərək Cem Köksalın 1 Mart 2025-ci il tarixindən etibarən vəzifəsindən istefa verdiyini açıqlayıb.
Üstəlik «Zorlu Holding» hər ehtimala qarşı balı ictimaiyyətə açıqlama verərək şirkətin milli mənəvi dəyərlərə bağlı olduğunu, baş verənlərdən təəssüfləndiyini bildirib.
«TAC» və «VESTEL»in sahibi, Türkiyənin smartfon istehsalçısı – AZƏRBAYCANDA BİZNESƏ BAŞLAYIR
Qeyd edək ki, «Zorlu Holdinq» Azərbaycanda da fəaliyyət göstərir.