Azərbaycanın Fintek ekosisteminin iki böyük oyunçusu olan “United Payment” və “Payriff” şirkətləri arasında olan nümunəvi münasibətin “Zirvələrə” aparan inkişafını görürük.
FED.az xəbər verir ki, bu, iki şirkət arasında davam edən uğurlu əməkdaşlıq və şəffaf rəqabətin nümunəvi təcəssümüdür.
Qeyd edək ki, “Payriff” şirkətinin həmtəsisçisi və direktoru olan Türkan Fərzaliyeva, Avropanın və Rusiyanın ən böyük zirvəsi olan ELBRUS zirvəsini fəth etmişdir. Həmin anların əbədiləşdirilməsi zamanı, Türkan xanımın, öz rəqibi və tərəfdaşı olan “United Payment” şirkətinin bayrağı ilə xatirə şəkli çəkdirməsi ekosistem üçün nadir rast gəlinən hadisələrdəndir.
Bu şəkil, ölkəmizdə Ödəniş Xidmətləri və Ödəniş Sistemləri Haqqında Azərbaycan Respublikasının Qanununun yenicə qəbul olunmaqda olan bir dövründə, Fintek ekosisteminin iştirakçıları arasındakı tərəfdaşlıqlarının və birgə addım atmaqla daha güclü olacaqlarının simvolik bir rəmzidir.
Ümid edirik ki, bu şəffaf münasibətlər ölkəmzin Fintek ekosisteminin inkişafına və rəqəmsal ödəniş strategiyasının uğurlu tətbiq eidlməsinə töhfələrini verəcəkdir.