“Zəyəm Texnologiyalar Parkı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq 30 aprel 2021-ci il saat 11.00-da Şəmkir rayonu, Zəyəm şəhər tipli qəsəbə, S. Vurğun küçəsi 24 nömrəli ünvanında keçirləcəkdir.
Ümumi yığıncağın gündəliyi:
1.ASC-nin nizamnamə kapitalının artırılması və yeni səhmlərin emissiyası.
2. ASC-nin nizamnaməsinə dəyişiklik edilməsi.
3. Digər cari məsələlər.
Qeyd:
• Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyinin materialları ilə ümumi yığıncaq zamanı tanış ola bilərlər.
• Mövcud pandemiya vəziyyəti ilə əlaqədar ölkə ərazisində sərt karantin rejimi olarsa, səhmdarların növbədənkənar ümumi yığıncağa onlayn şəkildə qoşulmaları və izləmələri üçün 3 gün əvvəlcədən ASC-yə məlumat vermələri xahiş olunur.
• Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hər bir səhmdar ümumi yığıncaqda iştirak hüququnu özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Sonuncu halda nümayəndənin səlahiyyəti qanunvericiliklə müəyyənləşdirilmiş formada tərtib olunmuş etibarnamə ilə təsdiq edilməlidir.