“Tədbirlər planına uyğun olaraq ilk növbədə zərər çəkmiş sahələrə xüsusi dəstəklər göstərildi. Növbəti mərhələdə də həmin tədbirlər planında nəzərdə tutulmuş dəstək davam etdiriləcək”.
FED.az “report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib:
“Eyni zamanda, deyildiyi kimi, zərərçəkən sektorların siyahısında müəyyən dəyişikliyə ehtiyac yaranır. Çünki müddət uzandıqca sahələrin sayı artır”.
O qeyd edib ki, burada müvafiq dəstək göstərilməsi nəzərdə tutulur.
Prezidentin köməkçisi bununla bağlı işlər aparıldığını əlavə edib.