Son beş ildə dünyada qiymətli əşyaların və nağd pulun təhlükəsizliyini təmin edəcək etibarlı yerlərə tələbat artıb. Dünyanın maliyyə mərkəzlərində yeni saxlama yerləri tikir, milyarderlər isə qlobal böhranın baş verməsini gözləyirlər.
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2015-ci ildən bəri seyflərin satışları əhəmiyyətli dərəcədə artıb. Bu haqda İsveçrənin “Swiss Gold Safe” şirkətinin sözçüsü Lüdviq Karl məlumat verib.
Eləcə də bax: Azərbaycanlı zənginlər Bosfor sahillərində tarixi villalar alır
“Müştərilərin əksəriyyəti çətin iqtisadi vəziyyətə hazırlaşırlar”, – deyə o qeyd edir.
Qiymətli metalların təhlükəsizliyini təmin edən “Sincona Trading AG” şirkəti, müştərilərin gündə beş hücrə bron etdiklərini söyləyir. Mütəxəssislər tezliklə bütün saxlama yerlərinin dolacağını proqnozlaşdırırlar.
Yüksək tələbat səbəbindən yeni saxlama yerləri tikir, maliyyə elitasının böyük bir hissəsinin yaşadığı Londonda isə “IBV International Vault” tərəfindən inşa edilən nəhəng kompleks hazırlanır.
Dəyərli əşyalar üçün nəzərdə tutulmuş “sığınacaq” kimi Sinqapur, Delaver və Cenevrə şəhərlərinin anbarlarından da istifadə edilir. Belə saxlama yerlərində əsasən sənət əsərləri saxlanılır.