“Zara”, “Pull & Bear”, “Oysho”, “Bershka”, “Stradivarius” və “Massimo Dutti” geyim brendlərinin sahibi “Inditex” Rusiyada mağazaların bağlandığını, eləcə də onlayn ticarətin dayandırıldığını açıqlayıb.
Eləcə də bax: “Gucci”, “Chanel”, “Cartier” və digər lüks brendlər Rusiyanı - TƏRK EDİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər bildirir.
“Mövcud şəraitdə şirkət Rusiya Federasiyasında əməliyyatların davamlılığına və kommersiya şərtlərinə zəmanət verə bilməz”, – mesajda bildirilib.
Qeyd olunur ki, Rusiyada 502 “Inditex” mağazası fəaliyyət göstərir, onlardan 86-sı “Zara” brendi altındadır. “Bütün mağazalar icarə əsasında fəaliyyət göstərir, buna görə də qrup əhəmiyyətli maliyyə itkilərinə məruz qalmayacaq”, – şirkət vurğulayıb.